Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Beynəlxalq Bankının 5 fililalı ilə bağlı cinayət işi başlanıb.
Modern.az xəbər verir ki, bunu Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin filiallar Qazax, Şəki və digər filiallardır.
K.Əliyev bildirib ki, ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub: "Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb".
Gülşən RAUFQIZI