May ayının 9-dan 13-dək Kiyevdə keçiriləcək “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və finalının biletlərinin təxmini dəyəri açıqlanıb.
Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, “Eurovision”u izləmək istəyənlər ən sadə bilet üçün 40, VİP dərəcəli biletlər üçün 200 avro ödəməli olacaqlar.
Müsabiqə təşkilatçıları biletlərin gələn həftədən satılmağa başlayacağını bildiriblər.
Modern.az