Bu gündən etibarən Bakı-Horadiz-Bakı sərnişin qatarının hərəkət qrafikində müvəqqəti olaraq dəyişiklik edilir.
Bu haqda Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
S.Qədirova dəyişikliyin aparılan təmir işlərilə bağlı olduğunu deyib:
“Belə ki, Vətəgə-Xələc mənzilində aparılan əsaslı təmiri ilə əlaqədar olaraq 29.03.2017-ci ildən 07.04.2017-ci ilədək 672/671 saylı Bakı- Horadiz-Bakı sərnişin qatarı İmişli stansiyasına kimi hərəkət edəcək”.
Gülşən ARUFQIZI