Mingəçevirdə naməlum kişi meyiti tapılıb. Modern.az "Report"a istinadən xəbər verir ki, naməlum şəxsin cəsədi şəhərin 20 Yanvar küçəsində, yarımçıq tikilidə, gecə saatlarında aşkarlanıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və əraziyə baxış keçirilir.
Cəsədin kimə məxsus olması araşdırılır.
Modern.az