Modern.az

Azay Quliyev ATƏT rəsmisi kimi Qırğızıstanda seçkilərə qiymət verdi

Azay Quliyev ATƏT rəsmisi kimi Qırğızıstanda seçkilərə qiymət verdi

Aktual

16 Oktyabr 2017, 13:11

ATƏT-in beynəlxalq müşahidəçiləri Qırğızıstanda prezident seçkilərində seçicilərə təzyiq və administrativ resurslardan istifadə halları ilə rastlaşıblar.

 

Modern.az xəbər verir ki, ATƏT-in qısamüddətli missiyasının rəhbəri və xüsusi koordinatoru Azay Quliyev keçirdiyi mətbuat konfransında bu haqda danışıb.

 

“Seçicilərə təzyiq və administrativ təzyiq hallarına rast gəlinib. Seçkilər üçün daha yüksək şəffaflıq lazım olsa da, ümumlikdə proses yaxşı keçib”.

 

Xatırladaq ki, bazar günü baş tutan prezident seçkilərində iqtidarın namizədi, keçmiş baş nazir Sooronbay Jeenbekov 54%-dən çox səs toplayaraq qalib gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok