“Milli Məclisin plenar iclasında səslənən fikirləri ümumiləşdirirək Avropa Şurasının Parlament Assambleyasına, o cümlədən Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlanda göndərməliyik”.
Modern.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məktubu AŞ-nin baş katibinə göndərməyin onsuz da xeyri yoxdur, lakin digər qurumlara göndərmək olar.