2018-ci ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri üçün 215,1 milyon manat vəzaitin ayrılması nəzərdə tutulur.
Modern.az-ın məlumatına görə, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
2018-ci ildə diplomatik xidmət orqanlarının, konsulluqların və təyin olunacaq ticarət nümayəndəliklərinin saxlanılması, maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 115,1 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.