Polşanın Jedvabne şəhərində ənənəvi "Milli oxu günü" qeyd olunub. Modern.az xəbər verir ki, "Milli oxu günü"ndə Stefan Jeomskinin "Erkən yaz" əsərinin kütləvi oxunuşu təşkil edilib.
Məlumata görə, Adam Minkeviç adına orta məktəbdə keçirilən mərasimdə Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları da iştirak ediblər. Məktəbin akt zalında Stefan Jeomskinin həyat və yaradıcılığına həsr edilmiş, həmçinin Bakı səhnələrindən ibarət fotosərgi də nümayiş olunub.
Polşa ədəbiyyatının təbliği üçün yaradılmış "Milli oxu günü" 2012-ci ildən etibarən təsis edilib.