Rusiyalı iş adamı Roman Abramoviç "Çelsi" klubunu satmaq qərarına gəlib. Modern.az xəbər verir ki, ingilis klubu üçün Abramoviç 3 milyard funt sterlinq qiymət qoyub.
Məlum olub ki, klubla maraqlanan çoxdur. Bir müştəridən 2.3 milyard dollarlıq təklif gəlsə də, Abramoviç bu məbləğə klubu satmayacağını bildirib.
Qeyd edək ki, Abramoviç 2003-cü ildə "Çelsi"ni 140 milyon funt sterlinqə alıb. 1955-ci ildən çempionluğa həsrət qalan klub o tarixdən sonra 5 dəfə Liqa çempionu, 5 dəfə "FA Cup" çempionu, 1 dəfə Çempionlar Liqası çempionu, bir dəfə də Avropa Liqası çempionu oub.