Rusiyanın Yekaterinburq şəhərində 16 mərtəbəli binada yanğın baş verib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, ilk öncə binanın 9-11-ci mərtəbələri, daha sonra 12-ci mərtəbəsi də yanmağa başlayıb.
İlkin məlumata əsasən, 100-dən çox sakin təxliyə olunub. Ölən və yaralananlar barədə məlumat verilmir. Hadisə yerində 15 ədəd yanğınsöndürən texnika və 47 yanğınsöndürən çalışır.
Yanğının səbəbləri araşdırılır.