“Hazırda Rusiyaya yeni sanksiyanın tətbiqi ilə bağlı məsələ nəzərdən keçirilməyib”.
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton jurnalistlərə açıqlamasında deyib:
O bildirib ki, Skripalların zəhərlənməsi faktına görə 4 ay əvəl Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edilib.
“Hələlik bu prosesin üzərindən 4 ay keçib. Bizim təcrübə onu tələb edir ki, biz hər hansı bir dövlətə sanksiya tətbiq etdikdən 6 ay sonra məsələni yenidən nəzərdən keçirək.
Bu müddət başa çatdıqdan sonra hər hansı bir dövlət öz davranışını dəyişdiribsə biz yalnız o halda sankiyaların aradan qaldırılmasını və yaxud da yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçiririk. Hazırda biz Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməmişik”.