“Yuventus”un hücumçusu Kriştianu Ronaldunun oğlu məhsuldarlıqda atasından heç də geri qalmır.
Modern.az-ın məlumatına görə, balaca Ronaldu "Yuventus"un U-9 komandasının heyətində qollarını sıralamaqda davam edir.
Turin klubu Madeyrada təşkil edilən beynəlxalq turnirdə keçirilən ilk 2 oyunda 12 qol vurub. Maritimu üzərində 25:0 hesablı qələbə zamanı birinci hissədə vurduğu 7 topla septa-trikə imza atan Ronaldu, "Kamaço" ilə görüşdə isə (15:1) rəqibi 5 dəfə məyus edib edib.
Kriştianu Ronaldu “Yuventus”a transferindən sonra oğlunu da bu klubun akademiyasına yazdırmışdı.
Novruz NOVRUZLU