Saatlı rayonunda intihar hadisəsi baş verib.
Modern.az-ın “Report”a istinadən məlumatına görə, rayonun 1939-cu il təvəllüdlü Mustafabəyli kənd sakini Diyadov Azər Yusif oğlu özünü tüfənglə vurub.
Hazırda hüquq-mühafizə orqanları və təcili tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub.
Mərhumun astma xəstəsi olduğu və ağrılara dözməyərək özünü güllələdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.