“Azərbaycan Silahlı Qüvvələrinin çavuşu şəxsi zəmində olan münaqişə üzündən hərbi hissəni tərk edib”. Modern.az bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan təmas xəttində erməni ordusuna əsir düşmüş azərbaycanlı çavuş Məmmədbağır Axundzadə ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ohanyan idda edib ki, guya çavuş hərbi hissəni könüllü tərk edərək sərhəd xəttini keçib. Düşmən ölkənin naziri bununla yanaşı, erməni jurnalistlərin “bu Azərbaycan ordusunda hərbi hazırlığın aşağı səviyyəsini göstərmir” sualına cavab verməkdən yayınıb. O yalnız deyib ki, “situasiyanı tam şəkildə qiymətləndirmədən hər hansı nəticə çıxarmaq olmaz”.
“Mən digər ordunun imkanlarını qiymətləndirmək istəməzdim”-deyən Ohanyan bildirib ki, onlar yalnız təmas xəttini keçən çavuşu saxlayıblar.
Xatırladaq ki, yanvarın 23-də Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Məmmədbağır Axundzadə ermənilər tərəfindən əsir götürülüb.