Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən edilən müraciətlərin sayı açıqlanıb.
Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə,iyulun 22-də "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub.
Müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər.
18 yaşlı türkiyəli qiz basketbolçu sol diz oynağının travması ilə müraciət edib, onu Təcili Tibbi yardım briqadası KTM-ə çatdırıb.
Yardım edildikdən sonra buraxılıb, vəziyyəti normaldır.