Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bu gün Azərbaycan parlamentində xüsusi iclas keçirilir. Modern.az saytının məlumatına görə, az öncə Milli Məclisdə müvafiq komissiya yaradılıb.
Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərovun sədrliyi ilə yaradılmış komissiya Xocalı soyqırımı ilə bağlı qərar layihəsi hazırlayacaq.
Komissiyanın sədri Ziyafət Əsgərov, üzvləri Çingiz Qənizadə, Mübariz Qurbanlı, Jalə Əliyeva və Fuad Muradovdur.
Modern.az