Türkiyədə 3,7 bal gücündə zəlzələ baş verib.
Modern.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri İstanbuldan 28 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.