Modern.az

Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi

Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi

Aktual

2 İyun 2020, 22:18

İyunun 5-də bərpa olunacaq futbol üzrə Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə qadağa qoyulmayacaq.

Modern.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi tərəfdarların matçları tribunadan izləməsinə icazə verib.

Nazirliyin açıqlamasında bildirilib ki, tribunaların 30 faizdən çox hissəsi dolmamalıdır. Bu qərar birinci və ikinci liqanın oyunlarına şamil olunacaq.

Daha əvvəl Rusiya Futbol İttifaqı Premyer Liqanın azarkeşlərin iştirakı ilə bərpa olunacağını açıqlayıb.

Qeyd edək ki, Bolqarıstanda yerli liqalar martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Cari mövsüm iyulun 11-də başa çatacaq. (Report)

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok