Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 283 nəfər test edilib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək ölkədə 732 236 nəfər koronavirusa qarşı test edilib.
Ölkədə 279 yeni yoluxma, 6 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 32 157 nəfər virusa yoluxub, 454 nəfər ölüb, 26 474 nəfər isə sağalıb. Son bir sutkada isə 592 nəfər sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 5 229 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 267 nəfər müalicə alır, 64 nəfər isə süni tənəffüs cihazına qoşulub.