Sonuncu belə pandemiya 1918-ci ildə yaşanıb. Mən əminəm ki, cənab Prezidentin və vitse-prezidentin dəstəyilə biz bu virusa qalib gələcəyik.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov deyib ki, vaxt gələcək bu pandemiya ilə bağlı nəvələrimizə, yaxınlarımıza danışacağıq:
"Amma o günlər üçün bu gün birlik, bərabərlik nümayiş etdirməliyik".