Modern.az

İcbari tibbi sığortada çalışan tibb işçilərin əmək haqqısı ARTIRILIR

İcbari tibbi sığortada çalışan tibb işçilərin əmək haqqısı ARTIRILIR

Aktual

16 İyun 2021, 16:12

“İcbari tibbi sığorta sistemində çalışan səhiyyə işçilərinin əmək haqlarının ödənilməsi bağlı yeni layihə hazırlanıb. Yeni sistemdə xəstəxanların kateqoriyası müəyyənləşdikdən sonra səhiyyə işçilərinin əmək haqlarında artımlar müşahidə ediləcək”.

 

Modern.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Tibb müəssisələrində struktur dəyişikliyi” mövzusunda sualları cavablandırarkən deyib.

 

K.Ələkbərov bildirib ki, tibb işçilərinin əmək haqlarının ödəniş qaydaları mütəmadi olaraq yenilənir:

 

“Kadrların daha yüksək əmək haqqı alması üçün yollar axtarılır, maliyə mənbələri üzərində işlənilir. Hazırda əmək haqlarınarının ödənilmə qaydalarının yeni layihəsi tam hazırdır. Burada həkimlərin, tibb bacılarının əmək haqlarının ödəniş qaydlarında yeniliklər var. Bu yeniliklər əvvəlki ödəniş qaydalarından bir az da yüksək rəqəmlərdir və yaxın vaxtlarda tətbiq olunacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok