Türkiyənin Van vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə hökuməti yanında Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) bildirib.
Yeraltı təkanlar yerli vaxtla saat 00:46-da Tuğba rayonunda qeydə alınıb.
Zəlzələnin ocağı 7,62 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.