Xəzər rayon İcra Hakimiyyətinin başçısının 2012-ci il üzrə yekun səyyar qəbulu keçirilib. Modern.az-ın məlumatına görə, Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət evində keçirilən görüşdə icra başçısı Gülağa İslamovla yanaşı millət vəkili Rauf Əliyev, Xəzər rayon Sosial İnkişaf İdarəsinin rəhbəri İlqar Musatafayev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyəti Başçısının I muavini Ələkbər Heydərov və Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri iştirak ediblər.
420 nəfər sakinin iştirak etdiyi görüşü rayon icra başçısı Gülağa İslamov Xəzər rayonunda gedən təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışıb. Bundan başqa sakinlərin qışa hazırlıqla bağlı verdikləri sualları cavablandıran Gülağa İslamov, bu barədə sakinlərlə geniş müzakirələr apardı. Görüşdə sakinlər qəsəbədə və ümumilikdə rayon ərazisində gedən geniş miqyaslı işlərə görə icra başçısına öz təşəkkürlərini bildiriblər.
Daha sonra millət vəkil Rauf Əliyev çıxış edərək Xəzər rayonunun bütün qəsəbələrində Dövlət Proqramı Çərçivəsində 2013-cü ilin sonuna qədər mövcud problemlərin bir çoxunun həllinin mümkün olacağını qeyd edib.
Sonda Gülağa İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Modern.az