Modern.az

Kliniki Tibbi Mərkəzdə yeni təyinat

Kliniki Tibbi Mərkəzdə yeni təyinat

4 Fevral 2022, 15:30

Gənc həkim Gülnur Dadaşova Kliniki Tibbi Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin mama-ginekoloqu təyin edilib.


Mərkəzdən Modern.az-a verilən xəbərə görə, Dadaşova Gülnur Güləddin qızı 1991-ci il martın 29-da Kürdəmir rayonunda anadan olub.

 

Orta təhsilini Bakı şəhəri, Nizami rayonu 214 saylı orta məktəbdə və Nərimanov rayonu “Məktəb-Lisey-Bağça Kompleksi”nin tərkibində olan 43 saylı liseydə alıb. 2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində təhsilini davam etdirib.

 

2014-2019-cu illərdə rezidentura təhsilini həkim mama-ginekoloq kimi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında alıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan xəbərdarlıq etdi- bütün təxribatçılar saxlanılacaq