Modern.az

Türkiyə İsrailə səfir TƏYİN ETDİ

Türkiyə İsrailə səfir TƏYİN ETDİ

Aktual

6 Oktyabr 2022, 14:48

Türkiyə İsrailə səfir təyin edib.


Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Ankaranın İsraildəki səfiri Şakir Özkan Torunlar olacaq.

 

Məlumata görə, Torunlar 2010-2014-cü illərdə Türkiyənin Yerusəlimdə Baş konsulu və Fələstində səfir vəzifələrində çalışıb.

 

Qeyd edək ki, bir müddət əvvəl İrit Lilian İsrailin Türkiyədəki səfiri təyin olunmuşdu.

 

Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir