İranın xarici işlər naziri Abbas Arakçi bildirib ki, təzyiq siyasəti nəticə vermir.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, diplomatiyanın bərpası üçün ABŞ ilk növbədə etimadı gücləndirməli, İranla hörmət əsasında ünsiyyət qurmalı, ölkənin hüquqlarını tanımalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Arakçi vurğulayıb ki, diplomatiyanın yenidən doğru məcraya qayıtması üçün Vaşinqtonun yanaşmasını dəyişməsi və qarşılıqlı etimadın formalaşdırılması istiqamətində addımlar atması vacibdir.