Modern.az

Venesueladan OPEC-lə bağlı kritik qərar

Venesueladan OPEC-lə bağlı kritik qərar

Dünya

Bu gün, 12:49

OPEC-in beş təsisçi ölkəsindən biri olan Venesuela hazırda Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmaq imkanını nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, bu məsələ ABŞ nümayəndələri ilə aparılan danışıqlar zamanı müzakirə olunub. Lakin Venesuelanın OPEC-dən çıxması ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.

Bloomberg yazır ki, OPEC-dən çıxmaq Venesuelaya təşkilat çərçivəsində tətbiq olunan hasilat məhdudiyyətlərindən azad olaraq gələcəkdə neft hasilatını əhəmiyyətli dərəcədə artırmaq imkanı verə bilər.

Bu addım ABŞ üçün də Venesuelada öz planlarını daha fəal şəkildə həyata keçirmək imkanı yarada bilər. Agentlik xatırladır ki, hazırda Vaşinqton Venesuelanın neft yataqlarında böyük pay əldə etmək imkanlarını müzakirə edir.

Bloomberg-in məlumatına görə, bu danışıqlar 2026-cı ilin əvvəlində ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu saxlamasından sonra mümkün olub. Maduro hazırda Nyu-Yorkda məhkəmə qarşısındadır.

Agentlik qeyd edir ki, may ayında daha bir böyük neft ixracatçısı – Birləşmiş Ərəb Əmirlikləri OPEC-dən çıxıb. İyun ayında isə İraq təşkilatı tərk etməyin hipotetik mümkünlüyü barədə açıqlama verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!