Modern.az

Gəncədə oğul anasını bazarda qətlə yetirdi

Gəncədə oğul anasını bazarda qətlə yetirdi

Hadisə

Bu gün, 13:12

Gəncədə qətl hadisəsi baş verib.

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb.

Belə ki, sözügedən bazardakı dükanlardan birində çalışan 1962-ci il təvəllüdlü L. Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadını oğlu aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!