Modern.az

Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək

Aktual

Bu gün, 10:17

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sentyabrın 4-də, saat 09:30-da Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə rayonlarının və Naftalan şəhərinin sakinlərini qəbul edəcək.

Modern.az Nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula sentyabrın 3-dək Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!