Qazaxıstan hökuməti istefa verib.
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı ölkə Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Qərar Qazaxıstan Konstitusiyasının 69-cu maddəsinin 1-ci bəndinə və “Qazaxıstan Respublikasının Hökuməti haqqında” Konstitusiya Qanununun 4-cü maddəsinə əsasən qəbul edilib.
Sərəncama əsasən, hökumətin səlahiyyətlərini yeni seçilmiş parlament qarşısında təhvil verməsi ilə əlaqədar hazırkı hökumət yeni hökumətin tərkibi təsdiqlənənədək öz vəzifələrini icra etməyə davam edəcək. İstefa verən hökumətə Baş nazir Olcas Bektənov rəhbərlik edir.
Bununla belə, hökumətin tərkibindəki bəzi nazirlər vəzifələrini qoruyub saxlaya bilərlər. Bu halda onların yeni hökumətin tərkibində yenidən təyin olunacağı bildirilir.