Modern.az

İran hicab məsələsinə yenidən baxacaq?

İran hicab məsələsinə yenidən baxacaq?

4 Dekabr 2022, 17:51

Sentyabrın 16-da İranın paytaxtı Tehranda “əxlaq polisi” tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü nəticəsində başlayan etirazlar hökuməti ciddi şəkildə narahat edib.

 

Modern.az-ın məlumatına görə, İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri 1983-cü ildə qəbul edilən, İranda bütün qadınlar üçün hicab taxmaq məcburiyyətini əks etdirən qanun barədə deyib ki, parlament və İnqilab Ali Şurası hicab məsələsi üzərində işləyir.

 

Onun sözlərinə görə, hazırda araşdırma aparılır  və nəticəsi yaxın günlərdə açıqlanacaq:

 

“Konstitusiyaya sadiq qalaraq qərar verəcəyik. 15 gün ərzində işlər yekunlaşacaq”.

 

"Əxlaq polisi" ilə bağlı etirazlara münasibət bildirən Məhəmməd Cəfər Montazeri onları "sosial təhlükəsizlik polisi" adlandırıb:

 

"Biz məhkəmə orqanları olaraq sosial təhlükəsizlik polisin fəaliyyətinə son qoymaq fikrimiz yoxdur. Təbii ki, son hadisələrdən sonra bizim təhlükəsizlik və mədəniyyət mərkəzləri problem üçün daha məqbuldur. Onlar həll yollarını axtarırlar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir