Modern.az

Daha 6 erməni Xankəndidən Ermənistana aparıldı

Daha 6 erməni Xankəndidən Ermənistana aparıldı

Aktual

18 Yanvar 2023, 11:20

Xankəndidə olan daha  altı xəstə erməni Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə yanvarın 18-də Qarabağdan Ermənistanın müxtəlif  tibb mərkəzlərinə aparılıb.

Modern.az xəbər verir ki, bu barədə erməni tərəfi məlumat yayıb.

İndiyədək BQXK-nın vasitəçiliyi və müşayiəti ilə ümumilikdə 34 xəstə Qarabağdan Ermənistana aparılıb.

Xatırladaq ki, azərbaycanlı ekoloqlar dekabrın 12-dən Laçın yolunda başladıqları aksiyaya davam edirlər.

Yol humanitar məqsədlər üçün tam açıqadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi