Modern.az

Avtomobili körpüdən aşıran şəxsin sürücülük hüququ yox imiş – VİDEO

Avtomobili körpüdən aşıran şəxsin sürücülük hüququ yox imiş – VİDEO

Hadisə

Bu gün, 10:26

Ötən gün saat 13:11  radələrində Tovuz rayonunun Yanıqpəyə kəndi ərazisində Gədəbəy rayon sakini Şakir Hüseynovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ” markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qəza nəticəsində Ş.Hüseynov hadisə yerində həyatını itirib.

Avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı Püstə və oğlu Xəyal Hüseynovlar, gəlini, eləcə də 4 və 2 yaşlarında iki nəvəsi xəstəxanaya çatdırılıblar. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə hadisəyə səbəb yola nabələd olan Ş.Hüseynovun sərt döngədə manevretmə zamanı sürət həddini düzgün seçə bilməməsi göstərilir.

“Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin, habelə səriştəsiz şəxslərin sükan arxasına əyləşməsinin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini hər zaman nəzərə almağa, yola nabələd olduqda daha da ehtiyatlı davranmağa çağırır”, - deyə müraciətdə bildirilib.

Sizə yeni x var
Keçid et
NATO-dan dəhşətli mühadibə anonsu - Hazırlıq başladı!