Modern.az

Su polisi brakonyerlik edən şəxsləri saxladı

Su polisi brakonyerlik edən şəxsləri saxladı

Aktual

Bu gün, 16:09

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Modern.az xəbər verir ki, Su Polisi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları tərəfindən birgə keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan M.Məmmədov və Y.Alıyev saxlanılıblar.

Həmin şəxslərdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb.

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda yenə ARA QARIŞDI - Əhali ayağa qalxdı