Modern.az

İlham Əliyevin seçilməsi ölkənin daha da inkişafına xidmət edəcək

İlham Əliyevin seçilməsi ölkənin daha da inkişafına xidmət edəcək

Aktual

30 Yanvar 2024, 14:20

İqtisad elmləri doktoru, professor, əməkdar müəllim, UNEC-in “Maliyyə və audit” kafedrasının müdiri, eks maliyyə naziri Əvəz Ələkbərov Prezident seçkiləri ilə bağlı öz fikirlərini bölüşüb.

 

O, Modern.az-a açıqlamasında bildirib ki, növbədənkənar Prezident seçkiləri bir daha ölkəmizdə demokratiyanın inkişafına, seçki mədəniyyətinin yüksəldilməsinə, həm də azad olmuş regionlarımızda ilk dəfə seçkinin aparılmasına imkan verəcək.

 

"Biz xoşbəxt və qalib millətik, ona görə ki, torpaqlarımız bütövdür, ölkəmizdə böyük əminamanlıqdır, bütün sahələrdə inkişaf vardır və gələcəyə gözəl nəsil yetişdiririk.

 

Milli lider Heydər Əliyev birinci və ikinci hakimiyyəti dövründə Azərbaycanı sənayeləşdirmiş, dünya miqyasına çıxarmış, müstəqil dövlət quruculuğu prosesini həyata keçirmişdir. Vətənimizi böyük vətəndaş müharibəsindən hifs etmişdir. Beynəlxalq əlaqələrimizi qurmuş, transmilli layihələrin başlamasına rəvac vermişdir. Milli-mənəvi dəyərlərin qorunması üçün, Konstitutsiyanın qəbulu və qanunvericilik bazasının yaradılması üçün nəhəng işlər görülmüşdür. O, dünya idarə sistemində əvəzedilməz şəxs idi.


Prezident İlham Əliyev 20 il ərzində Milli lider Heydər Əliyevin qoyduğu yolu ləyaqətlə davam etdirmiş, atasının yarımçıq qoyduğu işləri məharətlə başa çatdırmış, müasir “modern” dövlət quruculuğuna sədaqətlə xidmət etmişdir. Bütün sahələrdə Azərbaycanın tərəqqisi göz qabağındadır. Rəqəmlərlə desək 20 il ərzində ümumi daxili məhsul 3,6 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2,1 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 20,7 dəfə, dövlət büdcəsinin gəlirləri 29,1 dəfə, əhalinin real gəlirləri 3,3 dəfə, əhalinin banklardakı əmanətləri 32,1 dəfə, kredit qoyuluşları 24,2 dəfə, minimum əmək haqqı isə 9,4 dəfə artmış, yoxsulluq 7 dəfə aşağı düşmüşdür. 


Azərbaycan iqtisadiyyatına təqribən 320 mlrd ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilmişdir. Ölkəmizin valyuta ehtiyatları 70 mlrd dollara çatmışdır. Xarici əlaqələr ən yüksək səviyyədə qurulmiuş, diplomatik münasibətlər milli maraqlara və ölkəmizin tam təhlükəsizliyinə yönəlmişdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Avropa birliyinin 27 ölkəsində doqquzu ilə bu sahədə əməkdaşlıq edir. 


Regionların inkişafına maksimum diqqət verilmiş, Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzurla bağlı böyük işlərə başlanılmışdır. Qarabağ probleminin həlli nəhayət 200 ildən sonra Cənab Prezidentin və xalqımızın böyük səyləri nəticəsində öz həllini tapmışdır.  Ölkəmizin müharibə aparmaq strategiyası bəzi ölkələr tərəfindən öyrənilir. Bu gün Azərbaycan bayrağı Xankəndində, Şuşada və digər azad olunmuş torpaqlarımızda dalğalanır. 
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş, Qoşulmamalar Hərəkatına ev sahibliyi etmiş və “COP29” iqlim dəyişiklikləri ilə bağlı möhtəbər tədbirə sədrlik edəcəkdir. 


Azərbaycan bu gün dünyada həm də idman ölkəsi kimi tanınır. Regionlarda müasir idman qurğuları, yeni stadionlar tikilmiş, dünya və olimpiya çempionatlarında möhtəbər yerlər əldə etmişdir. Bu gün ölkəmizdə təhsilə, mədəniyyət və səhiyyəyə böyük önəm verilir. Bütün adı çəkilən sahələr böyük inteqrasiya şəraitində qabağa gedir. Xaricdə gənclərimiz gözəl təhsil alıb ölkəmizə qayıdırlar, neft kapitalının insan kapitalına çevrilməsi davam etdirilir. 


Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və səyləri nəticəsində Qərbi Azərbaycan icması yaradılmış, dövlət qurumları bu işə cəlb edilmiş, olduqca böyük işlər görülmüşdür. Düşünürəm ki, zaman keçdikcə Qərbi Azərbaycanlılar ata-baba yurdlarını ziyarət edəcəklər və gələcəkdə onların haqlı qayıdışı hüquqi müstəvidə həll ediləcəkdir.


Qısa dediklərimi nəzərə alaraq düşünürəm ki, Prezident İlham Əliyevin 7 fevral seçkilərində seçilməsi olduqca realdır, bu seçki xalqımızın xoşbəxt yaşamasına, ölkəmizin daha da çiçəklənməsinə, dövlətimizin qoyduğu siyasətin davam etdirilməsinə xidmət edəcəkdir. Bu yolda mən Prezident İlham Əliyevə möhkəm can sağlığı, tükənməz enerji, ailə səadəti, böyük-böyük uğurlar arzu edirəm. Allah Prezidentimizi qorusun!"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir