Modern.az

Salyanda aqrar sahəyə həsr olunmuş iclas keçirilib

Salyanda aqrar sahəyə həsr olunmuş iclas keçirilib

İqtisadiyyat

Bu gün, 21:35

Salyanda "Azərbaycan Respublikasında aqrar sahənin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramın"nın icrasına həsr olunmuş iclas keçirilib.

Modern.az xəbər verir ki, iclasda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbəri Tariel Atamalıyev və rayonda kənd təsərrüfatı sahəsi ilə məşğul olan qabaqcıl sahibkarlar və fermerlər iştirak ediblər. Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilən tapşırıqlar, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklər, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, eləcə də proqramın icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yeni qəbul olunmuş Dövlət Proqramının növbəti illərdə aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsində, regionların iqtisadi potensialının gücləndirilməsində və ərzaq təhlükəsizliyinin effektiv şəkildə formalaşdırılmasında, şəhərdən kəndə qayıdışın güclənməsində mühüm rolunu oynamasını vurğulayıb. Qeyd edib ki, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı ölkəmizin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, gələcək nəsillərin ərzaq təminatının etibarlı şəkildə qorunmasına da xidmət edir.

Daha sonra fermer və sahibkarların Dövlət Proqramı ilə bağlı təklifləri dinlənilib, rayonun aqrar sektor üzrə inkişaf perspektivləri, mövcud potensialı və gələcək hədəflərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin proqramın yerli səviyyədə səmərəli icrasının təmin edilməsi üçün görüləcək tədbirlər barədə müzakirələr keçirilib.

Sonda rayon rəhbərliyi Prezident cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatı ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrasının təmin edilməsi istiqamətdə rayonda aqrar inkişafın sürətləndirilməsi, innovativ metodların yerli təsərrüfatlara inteqrasiyası və qarşıya qoyulmuş hədəflərə vaxtında nail olunması məqsədilə konkret tapşırıqlar verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlıların olduğu gəmiləri kim vurdu? - Ölənlər sayı açıqlandı