Modern.az

Nazir müavini Qırğızıstanın rəqəmsal inkişaf naziri ilə görüşdü - FOTOLAR

Nazir müavini Qırğızıstanın rəqəmsal inkişaf naziri ilə görüşdü - FOTOLAR

25 Aprel 2024, 09:20

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva ilə görüşüb.

 

Modern.az xəbər verir ki, nazir müavini Samir Məmmədov Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal inkişaf təşəbbüslərinin irəliləyişində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb. 

 

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva iki ölkə arasında rəqəmsal transformasiya istiqamətində bilik və təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib. 

 

Görüş çərçivəsində xanım Nuriya Kutnayevaya Azərbaycanda rəqəmsallaşma, innovasiyanın təşviqi, İKT üzrə kadr potensialının artırılması, eləcə də mövcud informasiya sistemləri və bulud həllərinin tətbiqi sahəsində atılan addımlar barədə geniş məlumat verilib.

 

Nazir müavini Qırğızıstanın rəqəmsal inkişaf naziri ilə görüşdü - FOTOLAR

Nazir müavini Qırğızıstanın rəqəmsal inkişaf naziri ilə görüşdü - FOTOLAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok