Modern.az

Azərbaycanda dollara tələb 10 %-dən çox azalıb

Azərbaycanda dollara tələb 10 %-dən çox azalıb

23 May 2024, 13:08

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb.

 

Bu barədə Modern.az-a AMB-dən məlumat verilib.

 

Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

 

Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6 % azdır.

 

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

 

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərşənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?