Modern.az

“YAŞAT” Fondu şəhid anasının əməliyyat xərclərini ödəyib

“YAŞAT” Fondu şəhid anasının əməliyyat xərclərini ödəyib

Aktual

23 May 2024, 15:34

“YAŞAT” Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, şəhidimiz Kinyaz Zirəddin oğlu Orucovun anası Dürdanə Orucovaya müayinə zamanı sağ gözünə mirvari suyu və torlu qişanın total regmatogen qopması diaqnozu təyin olunub.

 

“Katarakta”, “Vitreoektomiya” və “Pnevmoetinopeksiya” əməliyyatları icra olunub. “Pnevmoetinopeksiya” əməliyyatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almadığından xərclər “YAŞAT” Fondu tərəfindən ödənib.

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar" (//yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?