Modern.az

Asteroidin Ayla toqquşma riski artıb - NASA

Asteroidin Ayla toqquşma riski artıb - NASA

Aktual

10 İyun 2025, 14:44

NASA alimləri şərti olaraq "2024 YR4" adlandırılan asteroidi əvvəl Yer planetinə təhdid sayırdılarsa, son hesablamalara görə, indi onun Yerin təbii peyki olan Ayla toqquşması riski əhəmiyyətli artıb. Gözlənilən tarix - 22 dekabr 2032-ci ildir.

Modern.az xəbər verir ki, bu barədə “Independent” nəşri yazır.

NASA-nın Cemyz Uebb Kosmik Teleskopundan asteroidin orbiti ilə bağlı aparılan müşahidələr və hərəkət trayektoriyası ilə bağlı hesablamalara əsasən, Ayla toqquşma ehtimalı 3,8 faizdən 4,3 faizə yüksəlib.

NASA alimləri əmin edir ki, asteroid Yer planetinə 2032-ci ilə qədər və ya ondan sonra heç bir ciddi risk yaratmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU