Modern.az

Arayikin yerinə keçən separatçının iki yolu var - ŞƏRH

Arayikin yerinə keçən separatçının iki yolu var - ŞƏRH

31 Avqust 2023, 13:44

Arayik Arutyunyan Qarabağ separatçılarının rəhbərliyindən “istefa verdiyini” bəyan edib. Daha əvvəl o, qondarma “dövlət naziri” Qurgen Nersisyanı postundan çıxarıb.

Beləliklə, bu gündən Qarabağ separatçılarının rəhbəri Samvel Şahramanyan olub.

Separatçılaerın qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan “yeni dövlət naziri” təyin edilib.


Modern.az-ın məlumatına görə, Xankəndidə baş verənləri şərh edən siyasi ekspert Elxan Şahinoğlu deyib ki, Arayik Arutyunyanın "istefası" Qarabağdakı xaosun qarşısını ala bilməyəcək.

“Onun “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutyunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək.

Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: separatçıların işğal altındakı bölgədə qondarma “prezident seçkisi” keçirməsinə imkan verməməliyik!”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi