Modern.az

G20 sammiti nə ilə yadda qaldı: Ukrayna, iqlim dəyişikliyi, Qarabağ...

G20 sammiti nə ilə yadda qaldı: Ukrayna, iqlim dəyişikliyi, Qarabağ...

Analitika

11 Sentyabr 2023, 09:12

Dünyanın 20 ən böyük iqtisadiyyata malik ölkəsinin liderləri ötən həftə Hindistanda bir araya gəlib. Bazar günü başa çatan sammit zamanı liderlər konsensus sənədi hazırlamağa, Dünya Bankı kimi institutların "əsaslı təmir edilməsi" kimi məsələlərdə irəliləyiş əldə etməyə və Ukraynadakı müharibə ilə bağlı dərin fikir ayrılıqlarını aradan qaldırmağa cəhd ediblər 

 

Modern.az sammitdə yadda qalan əsas məqamları diqqətə çatdırır.

 

Ukrayna müharibəsi haqqında daha yumşaq ifadələr 

 

G20 ölkələri yekun sənəddə dövlətlərin güc yolu ilə ərazi edə bilməyəcəyi ilə bağlı razılığa gəldilər və Ukrayna xalqının müharibədən əziyyət çəkdiyini vurğuladılar. Lakin əvvəlki sammitlə müqayisədə müharibəyə görə Rusiya ittiham edilmirdi. Ötən il keçirilən sammit zamanı qəbul edilən bəyannamədə Rusiya müharibəyə görə qınanılır və rus qoşunlarının Ukraynadan çıxarılması tələb olunurdu. 

 

Şərhçilər G20 ölkələrinin daha yumşaq ifadələrdən istifadə etməsinin Qlobal Cənub ölkələrinin mövqeyi ilə bağlı olduğunu düşünür.

 

Diplomatlar bildiriblər ki, Rusiya yekun sənəddə açıq şəkildə ittiham edilməsini heç vaxt qəbul etməzdi və bu, hələ də uğurlu nəticədir. Ev sahibi Hindistan Braziliya, İndoneziya və Cənubi Afrika Respublikası (CAR) kimi G20 ölkələri Ukraynadakı müharibəyə görə Rusiyanı açıq formada qınamır. Politoloqlar bu mövqenin yekun bəyannamədə əks olunması Qlobal Cənubun inkişaf etməkdə olan ölkələrinin G20-də daha da güclənməsi kimi şərh edirlər.

 

Afrika İttifaqı kluba daxil olur

 

Sammit zamanı 55 ölkədən ibarət Afrika İttifaqı Avropa İttifaqı ilə bərabər G20-nin daimi üzvü seçilib. İndiyə qədər Afrikadan yalnız CAR təşkilatın daimi üzvü idi. Afrika İttifaqının təşkilata daxil olması G7 ölkələrinin uzun müddətdir dominant rol oynadığı G20-də Qlobal Cənub ölkələrinin mövqeyini daha da gücləndirəcək.

 

Şərhçilər bunu Çin və Rusiyanın BRICS təşkilatını genişləndirməklə G20-yə alternativ yaratmaq cəhdinə cavab olduğunu bildirir.

 

ABŞ, Səudiyyə və Hindistan nəqliyyat dəhlizi üçün birləşir 

 

Birləşmiş Ştatlar, Hindistan və Səudiyyə Ərəbistanı liderləri Yaxın Şərq, Cənubi Asiya və Avropa arasında dəmir yolu və liman əlaqələri qurmaq planlarını açıqlayıblar. ABŞ prezidenti Co Baydenin bunun "əsl böyük bir iş" olduğunu söyləyib .

 

Müşahidəçilər deyir ki, Bayden administrasiyası Vaşinqtonu G20 qrupunda inkişaf etməkdə olan ölkələr üçün alternativ tərəfdaş və sərmayəçi kimi təqdim etməklə Çinin “Bir kəmər və bir yol” təşəbbüsünə qarşı mübarizə aparmağa çalışır.

 

Lakin Yaxın Şərqdə dəmir yolu xətlərinin çəkilməsini və sonra onları liman vasitəsilə Hindistana birləşdirməyi nəzərdə tutan layihənin kim tərəfindən maliyyələşdiriləcəyi və ya vaxt çərçivəsi haqqında heç bir məlumat verilməyib 

 

İqlim dəyişmələri ilə birgə mübarizə

 

G20 liderləri 2030-cu ilə qədər qlobal miqyasda bərpa olunan enerji potensialını üç dəfə artırmaq və kömür enerjisini mərhələli şəkildə azaltmaq zərurəti barədə razılığa gəliblər, lakin əsas iqlim hədəfləri müəyyən edilmədi.

 

Ölkələr bərpa olunan enerji mənbələrinin artırılması hədəfinə nail olmaq məqsədilə mövcud siyasət və hədəflərə dəyişiklik etmək üçün heç bir plan təqdim etməyib. Təşkilat, həmçinin yaşıl enerjiyə keçidi maliyyələşdirmək üçün ildə 4 trilyon dollara ehtiyac olacağını bildirib, lakin bunun üçün fəaliyyət planı açıqlanmayıb.

 

Ermənistan-Azərbaycan gərginliyi

 

G20 liderlərinin sammiti Ermənistan və Azərbaycan arasında gərginliyin artması fonunda baş verib. Məsələ liderlərin ümumi gündəliyinə salınmasa da, G20 çərçivəsində baş tutan ikitərəfli görüşlər zamanı Ermənistan-Azərbaycan gərginliyi müzakirə edilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı Ermənistan və Azərbaycan arasındakı mövcud vəziyyət də gündəmə gətirilib. Müzakirənin tərkibi məlum olmasa da, görüşdən sonra Ərdoğan Prezident İlham Əliyevə zəng edib.

 

Telefon danışığı əsnasında dövlət başçıları regional məsələləri, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

 

Ərdoğan mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanla da danışmağa çalışacağını bildirib. O bildirib ki, ermənilərin Qarabağda atdığı addımlar (qondarma prezident seçkiləri - red.) qəbuledilməzdir: “Bunu Avrupa İttifaqı ölkələri də bunu qəbul etmir. Şarl Mişellə görüşümüz zamanı da onun buna mənfi yanaşdığını gördüm. Sabahki danışdığım zamanı Paşinyana xəbərdarlıq edəcəm, belə bir seçkinin qəbul edilə bilməyəcəyini nəzərə çatdıracam. İndiyədək danışırlar apardığımız dost Qərb ölkələri bu seçkiləri qəbul etmir”.

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi