Modern.az

AŞPA-nı Azərbaycanın üstünə kimlər qısqırdıb... - ŞƏRH

AŞPA-nı Azərbaycanın üstünə kimlər qısqırdıb... - ŞƏRH

23 Yanvar 2024, 14:24

Nə qədər ki, Azərbaycan torpaqları işğal altında idi, Avropa qurumları bu mövzuya ciddi diqqət yetirmirdilər, elə ki, ordumuz ərazi bütövlüyümüzü və Qarabağ üzərində suverenliyimizi bərpa etdi, düşdülər üstümüzə. Fransa parlamentinin və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlərə Avropa Şurası Parlament Assembleyası da “qoşulmaq” istəyir.

Modern.az-ın məlumatına görə, bunu siyasi ekspert Elxan Şahinoğlu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılması, səsvermə hüququnun bloklanması və digər təzyiqlərdən danışarkən deyib.

Politoloq xatırladıb ki, AŞPA hələ Azərbaycan Ordusunun 19 sentyabrda Qarabağda antiterror əməliyyatından təxminən 20 gün sonra hərəkətə keçmişdi:

“AŞPA qondarma “Dağlıq Qarabağla” bağlı qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyətini Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağırırdı. Qətnamədə deyilirdi ki, Azərbaycan Qarabağın erməni əhalisinin geri qayıdışını həvəsləndirməlidir. AŞPA bundan başqa “ermənilərin hüquq və azadlıqlarının müdafiəsi və gücləndirilməsi üçün artıq görülmüş və nəzərdə tutulan tədbirlər haqqında tam və ətraflı məlumat verməyi” Azərbaycandan xahiş edirdi.

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının Qarabağla bağlı qətnaməsini və tövsiyəsini rədd etdiyini və şiddətlə qınadığını bildirən bəyanat yaydı. Bəyanatda AŞPA-nın Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığını göstərildi. Ermənilər öz istəkləri ilə Qarabağdan çıxıblarsa və geri qayıdıb Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, onları AŞPA-nın “məntiqi” ilə desək daha necə “həvəsləndirmək” olar?”.

Ekspertin sözlərinə görə, rəsmi Bakı Qarabağ ermənilərinə Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində hüquqlar və təhlükəsizlik vədi verib. Amma yenə də qayıtmaq istəmirlər. Buna baxmayaraq, Azərbaycanın atdığı bu addımların heç biri AŞPA-nın sənədlərində qeyd edilməyib.


“Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında yenidən Azərbaycan mövsuzuna “qayıdıblar”. Sessiyanın ilk günündə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs irəli sürülüb. Azərbaycanın nümayəndə heyətinin öhdəliklərini yerinə yetirməməsi və əməkdaşlıq etməməsi təşəbbüsü irəli sürülüb. AŞPA Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyə bilər, müəyyən səlahiyyətlərin məhdudlaşdırılması şərti ilə təsdiqləyə və ya təsdiqləməyə bilər. Bu vəziyyətdə Azərbaycanın əleyhinə işləyən daha bir amil yunanıstanlı deputat Teodoros Russopulosun Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsidir. Maraqlıdır ki, təşkilatda Azərbaycan əleyhinə həmlə hazırlanarkən, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilib. AŞPA-da Azərbaycan əleyhinə qətnamə qəbul edilərsə, Səməd Seyidovun qurumda sədr müavini kimi fəaliyyətinə ehtiyac qalmayacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi