Modern.az

Azərbaycanda ilahiyyatçıya 3 il iş kəsildi

Azərbaycanda ilahiyyatçıya 3 il iş kəsildi

Aktual

3 İyul 2017, 11:30

Masallı dindarı, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının redaktoru, ilahiyyatçı Sərdar Babayev 3 il azadlıqdan məhrum edilib.

 

 

Bu barədə Modern.az-a vəkil Cavad Cavadov məlumat verib.

 

 

Vəkilin sözlərinə görə, dövlət ittihamçısı S.Babayevin 4 il azadlıqdan məhrum edilməsini istəyib:

 

 

“Məhkəmə isə onu 3 il azadlıqdan məhrum etdi. Müdafiə tərəfi olaraq Sərdar Babayev barədə azadlıqdan məhrumetmə ilə bağlı olmayan qərar çıxarılacağını gözləyirdik. Biz hüquqi müdafiə tədbirlərimizi davam etdirəcəyik”. Qeyd edək ki, Sərdar Babayev fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 168-1.3 maddəsi ilə ittiham irəli sürülüb.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı