Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
***
15:23
Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın başlayıb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Qeyd edək ki, yanğın "Kişmiş" restoranında qeydə alınıb.