Modern.az

Məşhur istirahət mərkəzi müsadirə edildi - Həbs edilən var

Məşhur istirahət mərkəzi müsadirə edildi - Həbs edilən var

Aktual

Bu gün, 13:32

“Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Şəlalə Həsənovanın sədrlik etdiyi məhkəmə tərkibi müttəhimi verilmiş ittihamlarla təqsirli hesab edib.

Hökmə əsasən, N.Hacıyev 11 il 6 ay azadlıqdan məhrum olunub. T.Məhəmmədova isə şərti cəza verilib. Bundan əlavə, Nabranda yerləşən, üzərinə həbs qoyulmuş “Atlant” İstirahət Mərkəzi müsadirə edilib.

Məlumatı vəkil Ceyhun Yusifov saytımıza təsdiq edib.

Qeyd edək ki, Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb. Nofəl isə bu işdə qayınatası T.Qədəşovu ittiham edirdi. Onlar istirahət mərkəzinə şərik olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!