Modern.az

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Aktual

Bu gün, 11:13

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Modern.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Tofaş” markalı, 10-GU-380 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ü.Mirzəzadə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla Ü.Mirzəzadə inzibati qaydada həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!