Modern.az

Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi

Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi

Aktual

Bu gün, 12:20

Azərbaycanda küləkli hava şəraitində işçilərin çalışması yeni qaydalarla tənzimlənəcək.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

Sənədə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.

Həmçinin küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!