Modern.az

ABB ölkəmizdə insan kapitalını araşdırıb

ABB ölkəmizdə insan kapitalını araşdırıb

Aktual

Bu gün, 12:30

ABB maraqlı tərəflər üçün araşdırmalarının davamı olaraq “İnsan kapitalı rəqəmlərdə: Azərbaycanda təhsil, elm və mədəniyyətin statistik mənzərəsi” adlı hesabatını təqdim edib. Hesabat bu mövzuda bir ilkdir.

Ölkəmizin təhsil, elm və mədəniyyət sektorları burada Dövlət Statistika Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin, yerli medianın, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, UNESCO-nun, Dünya Bankının məlumatları, həmçinin akademik mənbələr əsasında təhlilə cəlb olunub.

Hesabatda təhsil sisteminin müxtəlif pillələri, ali təhsil və insan kapitalının formalaşması, təhsilin maliyyələşdirilməsi və institusional potensialı, təhsil və elm müəssisələrinin coğrafi bölgüsü, regional fərqlər, elm və kadr potensialı, eləcə də Azərbaycan təhsilinin beynəlxalq göstəricilərdə mövqeyi, mədəniyyət sahəsinin əsas göstəriciləri, inkişaf dinamikası və digər aktual istiqamətlər nəzərdən keçirilib.

Eyni zamanda, ölkədə həyata keçirilən təhsil islahatları və beynəlxalq təcrübə əsasında inkişaf imkanları qiymətləndirilib.

Hesabatın hazırlanmasında məqsəd ölkəmizdə insan kapitalının formalaşması və inkişafında təhsil, elm və mədəniyyətin rolunu, bu sahələr üzrə əsas meylləri, çağırışları, güclü tərəfləri və inkişaf imkanlarını oxucu üçün anlaşıqlı, aydın strukturlaşdırılmış şəkildə təqdim etməkdir. Təhlillərdən çıxan əsas nəticə son illər bu sektorlar üzrə görülən işlərin, aparılan islahatların ardıcıllığının qorunması zəruriliyi, prosesin davamında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət amilinə xüsusi diqqət yetirilməsi, regionlarda imkanların genişləndirilməsidir. Bütün bunlar Azərbaycanda insan kapitalının uzunmüddətli və dayanıqlı inkişafına mühüm töhfə verə bilər.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma-hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!