Samir Bağırov Röya Ayxanın ondan küsdüyünü açıqlayıb
Modern.az xəbər verir ki, sənətçi bu barədə "MTV maqazin"ə açıqlamasında deyib. O bildirib ki, həmkarına telefonla zəng vurub və aralarında anlaşılmazlıq yaşanıb:
“Zəng etdim, telefonla danışmaq istədim, danışdığım yerdə telefonu söndürdü. Məni düzgün başa düşmədi. Röya küsüb, amma təəssüf. Ətrafımdakılar bilir ki, Röyanın sənətini sevirəm. Rastlaşarıq, danışarıq. Bilirəm, onun ürəyi yumşaqdır. Röya, səni sevirəm, məni düzgün başa düşmədin”. (axşam.az)